“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”
Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvəsi, Türk dünyasının birliyini gücləndirmək və qarşılıqlı əməkdaşlığı artırmaq baxımından mühüm bir mərhələdir "Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı üçün Təhlükəsizlik" şüarı altında keçirilən Zirvə görüşündə TDT-nin gələcək inkişafına dair əhəmiyyətli razılaşmalar əldə edilib, Türk Dünyası Xartiyası qəbul edilib və yeddi digər mühüm sənəd imzalanıb