“Yaşıl Enerji Dəhlizi” üçün 4 problem öz həllini tapmalıdır”

“Yaşıl Enerji Dəhlizi” üçün 4 problem öz həllini tapmalıdır”

“Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi üçün dörd əsas problem həll edilməlidir.

Startup.az xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, Azərbaycan, Gürcüstan və Macarıstanla birgə “Yaşıl Enerji Dəhlizi” layihəsi böyük əhəmiyyət kəsb edir: “Bu layihənin həyata keçirilməsi üçün dörd əsas problem mövcuddur ki, bunlardan birincisi maliyyədir. İkincisi, insanların dəstəyini qazanma, onlara rifah, iş və daha yaxşı həyat imkanları təqdim edəcəyimizə inandırmalıyıq”.

O qeyd edib ki, üçüncü problem etibarlı və çoxşaxəli sənaye potensialı lazımdır: “Son olaraq isə vaxt lazımdır, amma bizim artıq bunu istəməyə imkanımız yoxdur. Biz bürokratiyanı azaltmalı, bu layihə ilə bağlı ekoloji prosedurları və icazələri sürətləndirməliyik”.

Paylaş