Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Xeberler.az-ın məlumatına görə, iclasda Fondun fəaliyyəti ilə bağlı bəzi məsələlər müzakirə edilib.
İclasda həmçinin Fondun maliyyə vəsaitlərinin 2017-ci il üzrə bölgüsü məsələsinə də baxılıb.
Qeyd edilib ki, İT layihələr üçün növbəti qrant müsabiqəsi aprelin 10-da elan olunacaq.
Müsabiqəyə 5 istiqamətdə layihələr qəbul ediləcək:
1. Mütərəqqi proqram təminatının hazırlanması;
2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;
4. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.