Mərkəzi Bank “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”ı təsdiqləyib

Mərkəzi Bank “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”ı təsdiqləyib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” təsdiq edib.

Startup.az AMB-yə istinadən xəbər verir ki, təlimatın əsas məqsədi "yaşıl" və dayanıqlılıqla əlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təmin etməkdir. Təlimat çərçivəsində "yaşıl" və dayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredit təşkilatları üçün tövsiyələr müəyyən olunub.

Təlimata əsasən, kredit təşkilatları “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit məhsullarının idarə edilməsi çərçivəsi formalaşdırmalıdır. Bu çərçivənin məqsədi müvafiq kreditin müddəti ərzində "yaşıl" və "dayanıqlı" statusunun qorunub saxlanılmasıdır. Kredit təşkilatında yeni “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit məhsullarının hazırlanması, təsdiqi və istifadəsi məsələləri üzrə daxili komitə yaradıla və ya bu məsələlər mövcud təşkilatdaxili komitələrdən birinə həvalə edilə bilər. “Yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit məqsədləri üçün yaradılmış və ya müvafiq səlahiyyətlər həvalə edilmiş təşkilatdaxili digər komitənin üzvləri kredit təşkilatının idarəetmə orqanlarının üzvləri, habelə strategiya, risklərin idarəedilməsi, hüquqi təminat bölməsi və digər bölmələrinin rəhbər şəxslərindən ibarət olmaqla formalaşdırıla bilər.

Xatırladaq ki, ötən il noyabrın 13-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Yaşıl Taksonomiya" təsdiq edilib. Sənəd iqtisadi sektorlar üzrə "yaşıl fəaliyyət" növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir.

Paylaş