“Dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmiryolu nəqliyyatı” mövzusunda konfrans keçiriləcək

“Dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmiryolu nəqliyyatı” mövzusunda konfrans keçiriləcək

Federal İqtisadiyyat və İqlim Fəaliyyəti Nazirliyinin (BMWK) tapşırığı ilə Alman- Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 21-25 oktyabr 2024 tarixlərində ‘Dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmir yolu nəqliyyatı’ mövzusunda Almaniyanın iş adamlarından ibarət olan nümayəndə heyətinin Azərbaycana işgüzar səfərini təşkil edir.

Startup.az xəbər verir ki, səfər COMMIT Project Partners GmbH, Alman Dəmir Yolu Sənayesi Assosiasiyası (VDB) və Nəqliyyat və Logistika Mərkəzi - Neuer Adler e.V. (CNA) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Sözügedən səfər çərçivəsində, AHK Azərbaycan 22 oktyabr 2024 tarixində "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya Tədbirini keçirəcək.

5 günlük səfərin əsas məqsədi “Dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmir yolu nəqliyyatı” mövzusuna yönəlib. Səfər çərçivəsində alman şirkətləri Azərbaycanda dəmir yolu texnologiyaları bazarı və tətbiq olunan standartlar habelə potensial layihələr və imkanlar barədə real və hərtərəfli məlumat əldə edəcək və dəmir yolu sənayesindən olan Azərbaycan şirkətləri və mütəxəssislər ilə birbaşa işgüzar əlaqələr qurmaq üçün geniş imkanlar əldə edərək yerli şirkətlərə alman təcrübəsi haqqında geniş məlumat mübadiləsi aparacaqlar.

Paylaş