"COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” tədbiri keçirilib

Bakıda “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” tədbiri keçirilib.

Startup.az xəbər verir ki, tədbir COP29 Sədrliyi, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu tərəfindən İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunub.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və digər yerli və xarici rəsmi şəxslər, özəl sektor nümayəndələri iştirak edib. Tədbir ərzində iqlim maliyyəsi, "yaşıl" enerji mənbələrinə investisiyalar və digər mövzularda önəmli müzakirələr aparılıb, fikirlər səsləndirilib.

Paylaş