Bakı Fond Birjası və

Bakı Fond Birjası və "AZCHEMCO" əməkdaşlıq memorandumu imzalayıblar

Bu gün COP29 konfransında “Bakı Fond Birjası” QSC və “AZCHEMCO” MMC şirkətləri arasında kapital bazarları vasitəsilə maliyyələşdirmə, o cümlədən "yaşıl istiqrazları"n buraxılması istiqamətində Əməkdaşlıq Memorandumu imzalanıb.

Startup.az xəbər verir ki, sənədin imzalanmasında Bməqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.

Memorandum şirkətin kapital bazarları vasitəsilə dayanıqlı inkişafı və bu istiqamətdə Bakı Fond Birjasının dəstəyini nəzərdə tutur.

Bildirilir ki, “AZCHEMCO” MMC şirkəti COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihəni təqdim edir. İnnovativ layihə olan şoranlaşmış torpaqların əkin sahələrinə çevrilməsi kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirini azaltmağa kömək edəcək.

 

Paylaş