“AzərEnerji” Çin şirkəti ilə “yaşıl enerji”yə keçidi müzakirə edib
“AzərEnerji” ASC Çin şirkəti ilə “yaşıl enerji”yə keçid və enerji effektivliyi mövzusunda müzakirələr aparıb.
Startup.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Çinin “Dongfang Electric Corporation” şirkətinin rəhbərliyi ilə görüşü olub.
Bildirilib ki, görüşdə “DEC Beynəlxalq Korporasiyası”nın vitse-prezidenti Li Jianhua, şirkətin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti Wang Ai və şirkətin Mingeçevirdə tikilən 1 280 MVt-lıq yeni elektrik stansiyası üzrə layihə meneceri Li Qinin iştirak eiblər.
Görüşdə həmçinin hazırda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.