Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının özəl sektorun inkişafı üzrə regional direktoru, missiya rəhbəri Enriko Pinallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Startup.az xəbər verir ki, görüşdə dövlət-özəl əməkdaşlığı çərçivəsində AİB ilə əməkdaşlıq yüksək qiymətləndirilib, enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.
AİB tərəfindən hazırlanmış müxtəlif sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.