ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!
ABB uzunmüddətli tərəfdaşı olan Mastercard şirkəti ilə birgə Sustainability Sandbox Hakatonuna start verdiyini elan edib. Hakatonun məqsədi Azərbaycanın ev sahibliyi etdiyi COP29 dövründə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verən fintek ideyalarının təqdim olunmasıdır.
Startup.az xəbər verir ki, hakaton onlayn keçiriləcək, noyabrın 14-dən 18-dək davam edəcək. Qalib komandaya 10 000 ABŞ dolları məbləğində mükafat veriləcək. Komanda öz ideyalarını reallaşdırmaq üçün Mastercard-ın Sandbox xidmət platformasından faydalanmaq imkanı da qazanacaq. Belə ki, qalib startapçılara öz ideyalarını təcrübədən keçirmək üçün Mastercard-ın xüsusi məlumat bazasına çıxış imkanı yaradılacaq. İdeya özünü doğruldarsa, Mastercard onun geniş planda reallaşmasına dəstək verəcək.
İştirak üçün müraciətlərin qəbulu zamanı karbon emissiyalarının izlənməsi və ESG həllərinə xüsusi diqqət yetiriləcək.
İştirak etməkdə maraqlı olan startapçılar 6 noyabr tarixinə qədər bu linkdə qeydiyyatdan keçə bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.