5 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib

5 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib

Bu gün Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.
 
Toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 9 sahibkarlıq subyektinin müraciətinə baxılıb. İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər.
 
Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 5 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib.
 
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
Məlumat üçün bildirim ki, indiyədək 106 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib.
 
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

Paylaş