Yerli startapımız Türkiyədə də xidmətə başladı
Məlum olduğu kimi, son illər dünyada trend olan "Influencer Marketing" platformaları sürətlə artmaqdadır. Hətta buna "Reklamın yeni dövrü" deyə adlandıranlar da var.
Belə ki, bu trendə uyğun Azərbaycan və qonşu ölkələri hədəfləyən Keepface qlobal bazarda genişlənir.
Keepface adlı layihə sevdiyiniz brendlər ilə işləməyə və onların sosial media kampaniyalarının bir parçası olmağa imkan yaradır.
Layihənin rəhbəri isə startap sektorundan bir neçə layihəsi ilə tanıdığımız Vaqif Abbasovdur. Layihənin digər ortaqları isə İT sektorundan tanıdığımız Elşad Yusifli və marketinq sahəsində fəaliyyət göstərən Emin Vəlidir.
Keepaface artıq Türkiyə bazarında da xidmətə başlayıb.
Bu barədə Xeberler.az-a layihə rəhbəri Vaqif Abbasov məlumat verib.
Qeyd edək ki, bununla da şirkətin fəaliyyət göstərdiyi ölkə sayı 7 olub. Startap Dubay, Gürcüstan kimi ölkələrdə də xidmət göstərir.