Startapımızın xaricdən aldığı investisiyanın məbləği açıqlandı-ÖZƏL
Məlumat verdiyimiz kimi, Azərbaycanda fəaliyyətə başlayan Keepface şirkəti qlobal bazarda fəaliyyətini genişləndirir.
Şirkət artıq Dubay, Gürücüstan, Türkiyə kimi bazarlarda xidmət göstərir.
Bir müddət öncə qeyd etdiyimiz kimi, Keepface Dubayda Google şirkətinin MENA regionunda yeganə texnologiya şəbəkəsinin üzvü olan AstroLabs-a qəbul olunub.
Dünən məlumat verdiyimiz kimi, şirkət elə ilk toxum yatırımı da BƏƏ-də təsis edilmiş özəl fonddan alıb.
Amma yatırımın məbləği hələ açıqlanmamışdı.
Layihə rəhbərlərindən Vaqif Abbasov saytımıza özəl olaraq bildirib ki, bu invetisiyanın məbləği 300 min ABŞ dolları olub.
Onun sözlərinə görə, investisiyadan öncəki dəyərləndirmə (pre-money valuation) 2,000,000 ABŞ dolları olub. Belə ki, şirkət 2 milyon ABŞ dolları dəyərləndirilib və ona uyğun investisiya alıb.
Vaqif Abbasovun onu da deyib ki, ayrılmış maliyyə Keepface platformasını inkişaf etdirmək və xidmət sahəsini genişləndirmək üçün istifadə olunacaq.
Keepface mərkəzi ofizi Dubayda yerləşən, Türkiyə, İran, Mərkəzi Asiya və Qafqaz ölkələrində fəaliyyət göstərən Azərbaycan startapıdır.