Qurumun adı
Xəzər Universiteti
İstiqamətlər
Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi, humanitar və sosial elmlər, beynəlxalq münasibətlər, təhsil və s. sahələr üzrə kadr hazırlığı aparılır.
Təsvir
Xəzər Universiteti Azərbaycanın təhsil siyasətində qabaqcıl rol oynayan ilk tədqiqat yönümlü özəl ali məktəbdir. Xəzər Universiteti Azərbaycanda sənaye və iş dünyası ilə, aparıcı yerli və beynəlxalq şirkətlərlə geniş əlaqəsi olan ali məktəblərdən biridir. Xəzər Universiteti Azərbaycanda yeganə Universitetdir ki, onun tədris siyasəti və diplomları Avropa və Amerikanın aparıcı Universitetləri tərəfindən tanınır. Xəzər Universitetində Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi, humanitar və sosial elmlər, beynəlxalq münasibətlər, təhsil və s. sahələr üzrə kadr hazırlığı aparılır.
Müxtəlif ixtisaslar üzrə magistr proqramları, Fəlsəfə doktoru (Ph.D.) proqramları və Azərbaycanda ən nüfuzlu proqramlardan olan MBA proqramı universitetin təhsil sistemində mühüm yer tutur.
Xəzər Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Mentorların siyahısı :
Humay Hüseynova Kamran |
Farida Tatardar Nasir |
Mustafayeva Kəmalə Sahib qızı |
Lalə Atamova Nəsir qızı |
Mehdi, Kiyasatfar, Hoseinali |
Əlaqə
+994 12 421 10 93