Azərbaycan Texniki Universiteti

Qurumun adı

Azərbaycan Texniki Universiteti

İstiqamətlər

İnformatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələr üzrə kadr hazırlığı

Təsvir

AzTU-da maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələri əhatə edən 38 ixtisas üzrə bakalavr və 100-dən çox ixtisaslaşma üzrə magistr hazırlanır.

Universitetdə Nəqliyyat və logistika, Energetika və avtomatika, Metallurgiya və materialşünaslıq, Maşınqayırma və robototexnika, İnformasiya və telekommunikasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə, Xüsusi texnika və texnologiya fakültələri fəaliyyət göstərir.

AzTU Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi  “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.


Mentorların siyahısı :

 

Minayə Hüseynova Neymət

Azərbaycan Texniki Universiteti

Günel Məmmədli

Azərbaycan Texniki Universiteti

İlahə Qəhrəmanova

Azərbaycan Texniki Universiteti

Səmədzadə Fərzanə Fazil qızı

Universitetdən kənar mentor

Dilara Novruzova Almaz qızı

Universitetdən kənar mentor





TUSİ (2C) inkubasiya proqramının iştirakçıları :

 

Əlaqə

(+994 12) 538-33-83

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar