Son 10 ayda 188 milyon manatdan çox güzəştli kredit verilib
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 4 724 layihənin maliyyələşdirilməsinə 188.2 milyon manat güzəştli kredit verib.
Startup.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Məlumata görə, verilmiş kreditlər hesabına 3 544 yeni iş yerinin yaradılması nəzərdə tutulur.