KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib
“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüsünün nümayəndə heyəti arasında görüş keçirilib.
Startup.az xəbər verir ki, görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin KOB subyektlərinə göstərdiyi dəstək və xidmətlər, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verib, dayanıqlı və innovativ sahibkarlıq, yaşıl KOB-larla bağlı əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Görüş çərçivəsində Misir nümayəndə heyətinin Azərbaycanda sahibkarlıq mühiti, KOB-ların fəaliyyəti, yaşıl təşəbbüslər və bu sahədə dövlət dəstəyi tədbirləri barədə sualları cavablandırılıb. Həmçinin, Misir şirkətləri fəaliyyətləri barədə məlumat veriblər.