İcraçı direktor: 2030-cu ilədək daha 50 miyard dollar maliyyənin ayrılmasına nail olmaq mümkündür
2030-cu ilədək daha 50 miyard dollar maliyyənin ayrılmasına nail olmaq mümkündür.
Startup.az xəbər verir ki, bunu Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duarte noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il fond ayırdığı vəsaitlərin 2,3 faiz artdığını hesablayıb:
"Kiçik ada dövlətləri Yaşıl İqlim Fondu üçün vacibdir. Bizim 16 milyard dollarlıq büdcəmizdən 10 faizdən çoxu məhz kiçik ada dövlətlərinə ayrılıb. Əslində digərləri ilə müqayisədə maliyyə vəsaitinin ayrılması dörd dəfə çoxdur. Gəlirlərimiz qrantlara əsaslanır. Bir neçə dövlət də kiçik ada dövlətlərinə kömək edir. Xüsusilə Yamayka, Fici və Kuk adalarının bankı köməklik göstərir".
M.Duarte bildirib ki, məqsədləri daha aydın şəkildə müəyyən etmək lazımdır:
“Biz 2030-cu ilədək 50 miyard dolların ayrılmasına nail ola bilərik. Kəmiyyətlə yanaşı, keyfiyyəti də nəzərə almalıyıq”.