ESG üzrə milli standartın Azərbaycan biznesinə faydası açıqlanıb

ESG üzrə milli standartın Azərbaycan biznesinə faydası açıqlanıb

Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə milli standartın Azərbaycan biznesinə faydası odur ki, beynəlxalq maliyyə institutları, yerli banklar şirkətlər arasında seçim edərkən bu standarta diqqət yetirirlər.

Startup.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov bildirib.

Onun sözlərinə görə, bu standart Beynəlxalq Stanlaşdırma Təşkilatının tövsiyəsi ilə hazırlanıb və dövlət standartı kimi qəbul edilib: "ESG üzrə Milli Standart özündə şirkətlərdə biznesin optimalaşdırılmasını, qənaətcil üsullarla idarəetmə ehtiva edir. Xarici investorlar, maliyyə institutları bu standartı tətbiq edən şirkətlərə üstünlük verir. Bununla ESG üzrə Milli Standartı tətbiq edən şirkətlərin investisiya imkanları genişlənir, rəqabət qabiliyyəti artır. Biznesi böyütmək, inkişaf etdirmək, tanıtmaq üçün maliyyə vəsaitləri lazımdır. İnvestorlar isə bu standarta xüsusi önəm verirlər".

Paylaş