Bu ilin sonuna kimi DSMF-nin investisiya fəaliyyətinin gəlirləri artacaq

Bu ilin sonuna kimi DSMF-nin investisiya fəaliyyətinin gəlirləri artacaq

Dövlət Sosial Müdafiə Fondu (DSMF) cari ilin I yarımillik dövrü üzrə investisiya fəaliyyətinə əlavə 275 mln. manat vəsait yönəldib. Ümumilikdə 2024-cü ilin I yarısı üzrə investisiya gəlirləri 34,4 mln. manat həcmində olub. İnvestisiya üzrə fəaliyyətin sonuna gözlənilən gəlir isə 47,5 mln. manat səviyyəsindədir.

Startup.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, Fondun 2024-cü ilin I yarısında investisiya fəaliyyəti üzrə dövlət zəmanətli istiqrazlarda 252,3 mln. manat, əks-repo əməliyyatlarında 0,5 mln.manat, bank depozitlərində isə 22,5 mln. manat vəsaiti olmuşdur. Müvafiq dövr üzrə investisiya üzrə gəlirlər dövlət zəmanətli istiqrazlar üzrə 31,3 mln. manat, əks-repo əməliyyatları üzrə 530,9 mln. manat, bank depozitləri üzrə isə 2,6 mln manat olub. 2024-cü ilin I yarısı üzrə investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı komissiya və xidmət haqqı, eləcə də bank xidmət haqqı kimi xərc edilmiş vəsaitin həcmi ümumilikdə 158,1 min manat təşkil edib.

Paylaş