BMU tələbəsi Astanada keçirilən hakatonda 3-cü yeri tutub
Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Altun Tarverdiyev Qazaxıstanın paytaxtı Astanada keçirilən “Build With AI For Sustaniable Growths” hakatonunda 3-cü yeri tutub.
Startup.az xəbər verir ki, USAID, “StrategEast”, “Google”, “Astana Hub” şirkətlərinin təşkil etdiyi yarışmada o, “Oğuz” komandasının lideri kimi ölkəmizi təmsil edib.
Ümumilikdə 7 ölkədən 21 komanda finalda yarışmaq hüququ qazanıb. Azərbaycanın 5 komanda ilə təmsil olunduğu yarışmada BMU tələbəsi ölkəmizdən yeganə iştirakçı kimi adını qaliblər sırasına yazdırıb.